22 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyətləri orqanlarının, Mənzil-Kommunal Təsərrüfat İdarələrinin, bələdiyyələrin, regional gənclər və idman mərkəzlərinin nümayəndələrinin, yerli sakinlərin iştirakı ilə Xəzər dənizinin Sumqayıt sahilindən, Qarqarçayın Ağcabədi rayonundan, Kür çayının Zərdab rayonundan, Həkəri çayın Laçın rayonundan keçən hissəsində, Göygöl rayonunun Hacıkənd, Xaçmaz rayonunun Xudat, Masallı rayonunun Masallı, Şəki rayonunun Göynük meşəbəyliklərində və Hacıqabul rayonu ərazisində iməciliklər keçirilib.
"Biomüxtəliflik - təbiətin harmoniyası" devizi altında Dənizkənarı bulvarda baş tutan tanıtım sərgisi yerli və xarici vətəndaşların yüksək marağı ilə qarşılanıb, milli parkları ziyarət etmək istəyən şəxslərdən çoxsaylı müraciətlər daxil olub.
BMT-nin Asiya, Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən keçirilmiş seçkilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçisi, iqlim dəyişmələri üzrə beynəlxalq ekspert Fuad Hümbətov UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Ekspertlər Qrupunun sədri seçilib.
Milli Hidrometeorologiya Xidmətinin iyunun 23-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Lənkəran Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsi 6, Viləşçayda 2, Balakən-Şəki bölgəsi ərazisindən axan Katexçayda 3, Əyriçayda 120, Qarasuçayda 103, Qusar rayonu ərazisindən axan Qusarçayda 43, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bərgüşadçayda və Oxçuçayda 1, Həkəriçayda isə 4 sm artım müşahidə olunub.