Xəzər dənizinin qapalı su hövzəsi olması onun səviyyəsində periodik tərəddüdlərə səbəb olur. Dünya okeanından təcrid olunmuş Xəzərdə bütün yer kürəsində olan göllərdəki suların 45 faizə qədəri toplanıb. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Ümumrespublika təmizlik aksiyaları çərçivəsində 6 iyul tarixində Xəzər dənizinin Neftçala və Lənkəran sahilində, Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində, Füzuli rayonu Əhmədbəyli kəndində, Ağcabədi rayonu Zəfər prospektində və Kəlbəcər rayonu "İstisu" adlanan ərazidə iməciliklər keçirilib.
Beynəlxalq Polietilen Paketdən İmtina Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Sumqayıt şəhər İcra Hakimiyyəti, “AzEkol” MMC, “LIBRAFF” kitab mağazaları şəbəkəsi, “Yapı Kredi Azərbaycan”, “Araz” supermarketlər şəbəkəsinin və “Baku Electronics”in dəstəyi ilə Sumqayıt şəhərində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzinə müxtəlif hədiyyələr (ekoçantalar, kitablar və s.) əldə edəcəklər.