“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Astara rayonu sahilində, Siyəzən rayonu Zarat kəndində, Yevlax şəhəri Ceyhun Mustafayev küçəsində, Tərtər-Ağdərə avtomobil yolunun ətraf ərazilərində, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində, Bolqarçayın Biləsuvar rayonu ərazisindən keçən hissəsində iməciliklər keçirilib.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Oğuz, İmişli, İsmayıllı, Masallı, Bərdə, Tovuz, Şirvan, Şəmkir, Göygöl və Qax rayonlarının meşə fondu ərazilərində iməciliklər keçirilib.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti təmizlik aksiyası bu gün Xəzər dənizinin Zirə qəsəbəsi sahilində təşkil olunub.
Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edirik ki, Məhərrəm ayında toyların olmaması fürsətindən yararlanaraq və bunu bir imkan kimi dəyərləndirərək, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, filtrləri vaxtında dəyişsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyində tikinti və infrastruktur layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə növbəti ictimai