02 Sentyabr 2024
Tozlu hava şəraiti davam edirBakıda və Abşeron yarımadasında havada müşahidə olunan tozun miqdarında artım müşahidə olunur. Avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 2,5-3 dəfə çoxdur. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.