"Avtomatik meteoroloji stansiyalardan alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir. Əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 2-dən başlayaraq tozlu hava kütlələri cənub-şərq axınları vasitəsilə ölkə ərazisinə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Sumqayıt sahilində, Viləşçayın Yardımlı, Bolqarçayın Biləsuvar, Türyançayın Ağdaş, Coğaz çayının Qazax, Qusarçayın Qusar rayonlarından keçən hissələrində, Şamaxı rayonu Çuxuryurd kəndində, Şəki şəhəri S.Mümtaz küçəsinin yaxınlığında, Göygöl rayonu Hacıkənd-Toğanalı avtomobil yolunun sağ hissəsində, Bərdə rayonu meşə ərazisində, Laçın rayonu Bozlu kəndində yerləşən şəlalənin ətrafında və Zabux çayının sahilində təmizlik aksiyaları keçirilib.
Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal rayon İcra Hakimiyyətinin, “Azersun Holding” MMC-nin, “Təmiz Şəhər” ASC-nin, “AzEkol” MMC-nin, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Yasamal rayonu 2-ci Alatava meşə-parkı ərazisində növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.