“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai rayon İcra Hakimiyyətinin, “Azersun Holding” MMC-nin, “Təmiz Şəhər” ASC-nin, “AzEkol” MMC-nin, “Kontakt” mağazalar şəbəkəsinin, “Araz” supermarketlər şəbəkəsinin, “Libraff” kitab mağazaları şəbəkəsinin, “Təkan” İctimai Birliyinin, “Ekosfera” Sosial Ekoloji Mərkəzinin dəstəyi ilə Ağ Şəhər “Biznes Mərkəzi 2020”-nin qarşısında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Qırğız Respublikasının təbii resurslar, ekologiya və texniki nəzarət naziri vəzifəsini icra edən Azis Saparaliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantıları dəyərə, ekoçantanı vərdişə çevir” aksiyası Sahil qəsəbəsində keçirilib.
Qışa hazırlıq məqsədilə oduncaq tədarükü ilə əlaqədar 2 və 3 avqust tarixlərində Şamaxı, İsmayıllı, Lerik, Astara, Oğuz və Qəbələ rayonlarında ictimai dinləmələr keçirilib.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Zərdab şəhəri Əliağa Vahid küçəsində, Araz çayının İmişli rayonundan keçən hissəsində, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun sağ tərəfində, Sabirabad rayonunun Şirvan, Goranboy rayonunun Yeni Ağcakənd, Beyləqan rayonunun 5 saylı, Qəbələ rayonunun Bum, Qazax rayonunun Avey, Şabran rayonunun Dəvəçi, Masallı, Qax və Qusar rayonlarının eyniadlı meşə ərazilərində iməciliklər keçirilib.