15 Aprel 2026
15 aprel – Ekoloji Bilik GünüdürHər il aprelin 15-də dünyanın bir çox ölkəsində Ekoloji Bilik Günü qeyd olunur. Bu günün əsası 1992-ci ildə keçirilmiş Rio-de-Janeyro konfransında qoyulub. Həmin konfransda qlobal ekoloji problemlər geniş müzakirə edilmiş, davamlı inkişafın təmin olunmasında ekoloji maarifləndirmənin rolu xüsusi olaraq vurğulanmışdır.