24 İyun 2024
Ölkə ərazisini əhatə edən təmizlik aksiyaları davam edir
22 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyətləri orqanlarının, Mənzil-Kommunal Təsərrüfat İdarələrinin, bələdiyyələrin, regional gənclər və idman mərkəzlərinin nümayəndələrinin, yerli sakinlərin iştirakı ilə Xəzər dənizinin Sumqayıt sahilindən, Qarqarçayın Ağcabədi rayonundan, Kür çayının Zərdab rayonundan, Həkəri çayın Laçın rayonundan keçən hissəsində, Göygöl rayonunun Hacıkənd, Xaçmaz rayonunun Xudat, Masallı rayonunun Masallı, Şəki rayonunun Göynük meşəbəyliklərində və Hacıqabul rayonu ərazisində iməciliklər keçirilib.
24 İyun 2024
“Azərbaycanın milli parklarının tanıtımı” tədbirində mindən artıq ziyarətçi iştirak edib
"Biomüxtəliflik - təbiətin harmoniyası" devizi altında Dənizkənarı bulvarda baş tutan tanıtım sərgisi yerli və xarici vətəndaşların yüksək marağı ilə qarşılanıb, milli parkları ziyarət etmək istəyən şəxslərdən çoxsaylı müraciətlər daxil olub.
24 İyun 2024
Ekologiya və təbii sərvətlər nazirinin müavini Göyçay rayonunda vətəndaşları qəbul edəcək
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev iyunun 28-də Göyçay rayonunda Göyçay və Ağdaş rayonlarının sakinlərini qəbul edəcək.
24 İyun 2024
ETSN-nin əməkdaşı UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Ekspertlər Qrupunun sədri seçilib
BMT-nin Asiya, Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən keçirilmiş seçkilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçisi, iqlim dəyişmələri üzrə beynəlxalq ekspert Fuad Hümbətov UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Ekspertlər Qrupunun sədri seçilib.
23 İyun 2024
Çaylarda faktiki vəziyyət
Milli Hidrometeorologiya Xidmətinin iyunun 23-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Lənkəran Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsi 6, Viləşçayda 2, Balakən-Şəki bölgəsi ərazisindən axan Katexçayda 3, Əyriçayda 120, Qarasuçayda 103, Qusar rayonu ərazisindən axan Qusarçayda 43, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bərgüşadçayda və Oxçuçayda 1, Həkəriçayda isə 4 sm artım müşahidə olunub.