Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə könüllülər üçün keçirilən "Go Camp" piknik layihəsi davam edir.
“Təmiz ölkəm” devizi altında keçirilən təmizlik aksiyaları çərçivəsində 7 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin və sakinlərin iştirakı ilə Xəzər dənizinin Sumqayıt sahilində, Ağstafa çayının Ağstafa, Araz çayının İmişli, Kürəkçayın Goranboy rayonlarından keçən hissələrində, Şamaxı rayonu Sis, Göyçay rayonu Qarabaqqal, Ağdam rayonu İmamqulubəyli kəndləri ərazilərində, Kəlbəcər rayonu İstisu mineral bulağının ətrafında, Şuşa şəhəri ərazisində "İsa bulağı"na gedən avtomobil yolunun sağ və sol hissələrində təmizlik aksiyaları keçirilib, ərazilər 2 tondan artıq tullantıdan təmizlənib.
7 sentyabr “Beynəlxalq mavi səma üçün təmiz hava günü” ilə əlaqədar Abşeron Milli Parkında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyinin, COP29 Məlumat Mərkəzinin, Azərbaycan Gənclər Fondunun, “TƏBİB”-in, Azərbaycan Könüllü Təşkilatları İttifaqının, Azərbaycan Gənc Rəssamlar İctimai Birliyinin, “Araz” supermarketlər şəbəkəsinin, "Coca-Cola Azərbaycan"ındəstəyi ilə maraqlı və interaktiv tədbir təşkil olunub.
Artıq yay mövsümünün sonuna yaxınlaşmağımıza baxmayaraq hələ də Xəzər dənizinin sahillərində vətəndaşların istirahətdən sonra atıb getdikləri tullantılarla qarşılaşırıq.
İqlim dəyişmələrinin artan təsiri həm temperatur göstəricilərində, həm də yağıntı rejimində müşahidə olunur. Son 10 ilin yay aylarında respublika ərazisində ən çox yağıntı 2024-cü ildə qeydə alınıb. Belə ki, bu ilin yayında 67 gün yağıntılı keçib və yağıntılar əsasən qısamüddətli, leysan xarakterli olaraq aylıq normanın bir neçə mislinə bərabər olub. Ölkə üzrə ən çox yağıntı Zaqatala rayonu ərazisinə düşüb və yağıntının miqdarı 470 mm təşkil edib.