Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Tullantıları İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkə ərazisində yüksək keyfiyyətli ekoloji mühitin yaradılması, tibbi tullantıların idarə edilməsi üsullarının təkmilləşdirilməsində davamlı inkişafa nail olmaq məqsədilə şəffaf, səmərəli və əlverişli əməkdaşlıq edilməsi üçün tibbi tullantıların müvafiq qaydada qablaşdırılması, daşınması, zərərsizləşdirilməsi və utilizasiya edilməsi sahəsində “birgə əməkdaşlıq” üçün elan etdiyi müsabiqə yekunlaşıb.
“Xəzəri qoruyaq-2024” layihəsi çərçivəsində Xəzər dənizinin Sumqayıt sahilində keçirilən aksiya çərçivəsində 300 kiloqram tullantı yığılaraq sahil zolağından daşınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Çex Respublikasının ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq proqramı çərçivəsində 9-13 sentyabr tarixlərində Hirkan və Altıağac Milli Parklarında çex mütəxəssisi İvo Dokoupili tərəfindən milli parkların əməkdaşlarına treyninqlər təşkil olunub və təyin olunan marşrutlar üzrə ümumi uzunluğu 15 km olan nişanlanma işləri aparılıb.
“Təmiz ölkəm” devizi altında növbəti təmizlik aksiyaları Xəzər dənizinin Sumqayıt, Siyəzən sahillərində, Lənkərançayın Lerik, Araz çayının Saatlı, Axınca çayının Tovuz, Bərgüşadçayın Qubadlı rayonlarından, Gəncəçayın Gəncə şəhərindən keçən hissələrində, Ağcabədi rayonu Aşağı Avşar kəndi, Qəbələ rayonu Laza kəndi yaxınlığında, Zərdab şəhəri Babək İsmayılov küçəsində təmizlik aksiyaları keçirilib.
Zaqatala şəhəri ərazisində, müxtəlif ünvanlarda yerləşən 51 ədəd müxtəlifcinsli qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsi, habelə paytaxtın Nəsimi rayonu Ənvər Qasımzadə küçəsi 15 ünvanında “İnam-V” MMC tərəfindən inşası nəzərdə tutulmuş qeyri-yaşayış binasının tikinti layihəsi altına düşən və Yasamal rayonu Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidə “CİTY LİFE” MMC tərəfindən inşası nəzərdə tutulan yaşayış kompleksinin tikinti layihəsi altına düşən aylant cinsli yaşıllıqların götürülməsi üzrə ekoloji qiymətləndirilmə aparılıb.