Prezident İlham Əliyevin ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, iqlim dəyişikliyi ilə mübarizə sahəsində apardığı siyasətə, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən genişmiqyaslı yaşıllaşdırma işlərinə töhfə vermək məqsədilə bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycanın COP komandasının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Hazırda ölkənin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin və Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi"nin ərazisindəki Ağıllı Tingçilik təsərrüfatını təmin edən və Dostluq bulağını qidalandıran Hüseynağa kəhrizində aparılan təmir-bərpa işlərinə baxış keçirib.
Tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması, resurslardan daha səmərəli istifadə edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon icra Hakimiyyətinin, “Azekol” MMC-nin, “Araz” supermarketlər şəbəkəsinin, “Azersun” Holdinqin nəzdində fəaliyyət göstərən "Azərsüd" və “Al Market" mağazalar şəbəkəsinin dəstəyi ilə Xətai rayonu Gənclik parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.