İctimaiyyəti ətraf mühit istiqamətində aktiv iştiraka təşviq etmək, ekoloji məsuliyyət hissinin formalaşmasına dəstək olmaq məqsədilə “Nargis” Fondu tərəfindən keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz maarifləndirici stendi ilə qoşulub. Nazirliyin əməkdaşları və ekokönüllülər tərəfindən yarmarkanın qonaqları arasında ekoviktorina keçirilib, o cümlədən vətəndaşlar 79 ədəd işlənmiş batareya gətirərək müxtəlif stimullaşdırıcı hədiyyələr əldə ediblər. Tədbir çərçivəsində həmçinin uşaqlar üçün master klass təşkil olunub.
Tədbir çərçivəsində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən Bakı Dövlət Universitetinin tələbə və müəllim heyətinə Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri haqqında geniş məlumat verilib, həmçinin milli park və qoruqların videoçarxları nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində aşkarlanan suiti və quş cəsədləri ilə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev bildirib ki, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən cəsədlərdən nümunələr götürülüb.
Bakı Avropa Liseyinin V-VIII sinif şagirdləri Azərbaycanın ətraf mühitini, təbii sərvətlərini, ekoloji vəziyyətini öyrənmək məqsədilə araşdırmalar aparıblar. Şagirdlər COP29 beynəlxalq konfransında qaldırılan məsələləri araşdırıb, beynəlxalq təcrübəni öyrənərək stendlər və digər maarifləndirici materiallar hazırlayıblar.
11 yanvar - Ümumdünya Qoruqlar və Milli Parklar Günü Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur. Hazırda ölkəmizdə 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10-u milli park, 10-u dövlət təbiət qoruğu, 24-ü dövlət təbiət yasaqlığıdır. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir.