02 Sentyabr 2024
Vətəndaşların böyük marağına səbəb olan “Tullantıları hədiyyələrə dəyiş” festivalı növbəti dəfə keçirilib“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal rayon İcra Hakimiyyətinin, “Azersun Holding” MMC-nin, “Təmiz Şəhər” ASC-nin, “AzEkol” MMC-nin, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Yasamal rayonu 2-ci Alatava meşə-parkı ərazisində növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.