11 Dekabr 2024
Qar yağacağı gözlənilirBakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də yağışın bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib.