24 İyun 2026
Tibbi tullantıların təhlükəsiz idarə olunması ilə bağlı maarifləndirici görüşlər davam edirTibbi tullantıların idarə olunması sahəsində mövcud normativ tələblər barədə tibb müəssisələrinin əməkdaşlarının məlumatlılığını artırmaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən Bakı şəhərində yerləşən Nardaran Sağlamlıq Mərkəzində, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Tovuz Rayon Əlibəyli Kənd Həkim Məntəqəsində maarifləndirici görüşlər təşkil olunub.