Qanunsuz ov hallarının qarşısının alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətləri tərəfindən yanvar-fevral ayları ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri Pirallahı, Qaradağ, Suraxanı rayonlarının, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev, Abşeron rayonu Məmmədli, Xızı rayonu Yaşma, Neftçala rayonu Dördlər, Qağalı, Şirvanlı, Xaçmaz rayonu Tikanoba, Niyazoba, Xəzərli, İmişli rayonu Məmmədli, İsmayıllı rayonu Ağbulaq, Sabirabad və Şəmkir rayonları ərazisində, həmçinin Mahmudçala, Zəvvar, Qırmızıkənd, Varvara, Sarısu ovçuluq təsərrüfatlarında ov qaydalarının pozulması faktları aşkar edilib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın milli parklarının yerləşdiyi bölgələrdə istirahət günlərində,15-16 mart tarixlərində ziyarətçiləri günəşli və əlverişli hava şəraiti gözləyir.
Xaçmaz rayon Yalama kənd tam orta məktəbinin müəllim və şagird heyətinin iştirakı ilə baş tutan tədbir zamanı milli parkın mütəxəssisləri tərəfindən iştirakçılara park haqqında ətraflı məlumat verilib, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
14 mart ekoloji təqvim günü olaraq Beynəlxalq Çaylar Günü və ya Çaylar üçün Beynəlxalq Hərəkat Günü kimi qeyd olunur. Bu gün dünyanın su ehtiyatlarının qorunması, çayların ekoloji vəziyyətinin yaxşılaşdırılması və çay hövzələrində yaşayan insanların hüquqlarının müdafiəsinə həsr olunur.
Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl, Qax, Şəki, Quba, Qəbələ, İsmayıllı, Oğuz və Astara rayonlarında qanunsuz yolla ağac kömürü istehsal edilən 43 kömür quyusu aşkar olunub.