04 Noyabr 2024
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti gücləndirilmiş iş rejiminə keçib
Ətraf mühitin qorunması, atmosfer havasının mühafizəsi, ətraf mühitə atılan, axıdılan və yerləşdirilən tullantıların qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, ekoloji hüquqpozmalarla bağlı məlumatların operativ qaydada əldə edilməsinin səmərəli təşkili məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti gücləndirilmiş iş rejiminə keçib və bu məqsədlə “Qaynar Xətt” yaradılıb.
04 Noyabr 2024
Faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 4-ü saat 8:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterli intensiv olub.
04 Noyabr 2024
Ölkə ərazisindəki əksər çaylarda sululuq artıb
Milli Hidrometeorologiya Xidmətinin 4 noyabr saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinə yağan intensiv yağıntılarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb. Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
03 Noyabr 2024
Faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 03-ü saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında, Naxcıvan, Şabran, Quba, Qusar, Xaçmazda arabir yağış yağır.
03 Noyabr 2024
Milli Hidrometeorologiya Xidməti vətəndaşlara müraciət edib
Milli Hidrometeorologiya Xidməti tərəfindən hava şəraiti ilə bağlı öncədən verilən xəbərdarlığa əsasən noyabrın 3-ü axşamdan başlayaraq 4-ü axşamadək Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgələrində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib.