08 Noyabr 2024
8 Noyabr - Zəfər Günü
07 Noyabr 2024 8 Noyabr-Zəfər Günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və kollektivi İkinci Fəxri xiyabanda ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini dərin ehtiramla anıb, məzarları önünə gül dəstələri düzüblər. 07 Noyabr 2024 Azərbaycanda faktiki və gözlənilən hava şəraiti ilə bağlı məlumatları operativ əldə etmək və izləmək məqsədilə Milli Hidrometeorologiya Xidməti tərəfindən meteo.az mobil tətbiqi test rejimində istifadəyə verilib. Bunu Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib. 07 Noyabr 2024 8 Noyabr – Zəfər günü ilə əlaqədar Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parklara giriş haqqından azad olunacaq. 07 Noyabr 2024 Zəfər Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarının, şəhid ailələri üzvlərinin,müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin və ekokönüllülərin iştirakı ilə ağacəkmə aksiyası təşkil edilib.