Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, İmişli və Quba rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.
Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi məqsədilə Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələrinin, rayon icra hakimiyyətinin məsul işçilərinin, bələdiyyələrin, sudan istifadəedənlər birliklərinin, yerli icra nümayəndələrinin və fermerlərin iştirakı ilə maarifləndirici tədbirlər təşkil olunub, onlarla məişətdə və kənd təsərrüfatında sudan qənaətli istifadənin təmin edilməsi barədə söhbətlər aparılıb.
Uşaqların ətraf mühitin mühafizəsi sahəsinə maraq və məlumatlılığını artırmaq, gənc nəsli təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq etmək məqsədilə İdrak liseyinin şagirdləri Ekologiya və Təbii Sərvətlər Nazirliyində olaraq Nazirliyin fəaliyyət sahələri ilə tanış olmaq imkanı əldə ediblər.
Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində maarifləndirici təlimlər təşkil olunub.