16 İyul 2025
Xüsusi mühafizə olunan təbiət ərazilərində “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər keçirilibYaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə Qızılağac Milli Parkında, Şahdağ Milli Parkının Quba bölməsində, Qarayazı Dövlət Təbiət Qoruğunda FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, yerli sakinlərin iştirakı ilə “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.