15 İyun 2026
15 iyun - Milli Qurtuluş Günü
12 İyun 2026 Meşə və yaşıllıq ərazilərində baş verə biləcək yanğınların qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə Ağcabədi, Bərdə, Zaqatala və Masallı rayonlarının meşə sahələrində, eləcə də Samur-Yalama Milli Parkı və Zaqatala Dövlət Təbiət Qoruğunda “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər təşkil olunub. 12 İyun 2026 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən “Tullantıların ekoloji cəhətdən səmərəli idarə olunması və təkrar emal” mövzusunda növbəti maarifləndirici görüşlər keçirilib: 11 İyun 2026 Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 aprel tarixli 639 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair Qaydalar”a uyğun olaraq yaradılmış İşçi qrupun növbəti iclası onlayn formatda keçirilib. 11 İyun 2026 Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda isə yağıntının bir qədər güclənəcəyi ehtimalı var.