Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq olunması məqsədilə 23 avqust tarixində növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında keçiriləcək.
Regionlarda yaşayan əhalinin ekoloji məsuliyyət hissinin artırılması, təbiətin qorunması ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsi, xüsusən də gənc nəsildə davamlı həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.
“Təmiz ölkəm” devizi altında keçirilən təmizlik aksiyaları çərçivəsində 15 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin və sakinlərin iştirakı ilə Qubadlı şəhəri ərazisində, Kürdəmir rayonu H.Cavid küçəsində, Goranboy rayonu Aşağı Ağcakənd, Ağdam rayonu Quzanlı qəsəbələrində, Qax rayonu Qax meşəbəyliyində təmizlik aksiyaları keçirilib, ərazilər 2.2 tondan artıq tullantıdan təmizlənib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-dan 17-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.