08 Mart 2026
8 mart - Beynəlxalq Qadınlar Günü
06 Mart 2026 Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Qax və Samux rayonlarının ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. 06 Mart 2026 Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən martın 7-si Azərbaycanın qərb rayonlarından başlayaraq 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur. 06 Mart 2026 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən “Tullantıların ekoloji cəhətdən səmərəli idarə olunması və təkrar emal” mövzusunda növbəti maarifləndirici görüşlər keçirilib. 05 Mart 2026 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aidiyyəti qurumları tərəfindən qəhvəyi mərmər bağacığına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.