Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi məqsədilə Ağcabədi, Beyləqan, Bərdə, Tərtər və Ağdam rayonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələrinin, rayon icra hakimiyyətinin məsul işçilərinin, bələdiyyələrin, sudan istifadəedənlər birliklərinin, yerli icra nümayəndələrinin və fermerlərin iştirakı ilə maarifləndirici tədbirlər təşkil olunub, onlarla məişətdə və kənd təsərrüfatında sudan qənaətli istifadənin təmin edilməsi barədə söhbətlər aparılıb.
Meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə İmişli rayonunda regional müşavirə keçirilib.
Yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə Samur-Yalama Milli Parkında FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyaları davam edir.
Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi məqsədilə Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələrinin, rayon icra hakimiyyətinin məsul işçilərinin, bələdiyyələrin, sudan istifadəedənlər birliklərinin, yerli icra nümayəndələrinin və fermerlərin iştirakı ilə maarifləndirici tədbirlər təşkil olunub, onlarla məişətdə və kənd təsərrüfatında sudan qənaətli istifadənin təmin edilməsi barədə söhbətlər aparılıb.