23 Avqust 2019
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozuEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə: Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsində isti və yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35, dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcək.