Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən avqustun 26-sı gündüz ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib, lakin avqustun 26-sı axşamdan 27-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb. Düşən yağıntının miqdarı 1-9, Sədərəkdə 14 mm olub.
Havaya atılan tullantıların azaldılması və normalara cavab verməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ictimai-iaşə obyektlərində keçirilmiş monitorinqlərin və təmizləyici qurğuların quraşdırılması məqsədilə görülmüş kompleks tədbirlərin nəticəsi olaraq deyə bilərik ki, artıq restoran və şadlıq saraylarının 95 faizində qurğular quraşdırılıb.
"Dünyanın bir çox ölkələrində meşə yanğınları tüğyan edir. Planetin 20 faizini oksigenlə təmin edən Amazon meşələri yanır. Qonşu Rusiyada, Gürcüstanda, Türkiyədə də meşə sahələrində yanğınlar var və heç bir ölkə meşə yanğınlarından sığortalanmayıb. Bəzi ölkələrdə yanğınlara görə fövqəladə vəziyyət elan edilib. Lakin şükürlər olsun ki, görülmüş qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə geniş miqyaslı yanğınlar baş verməyib. Amma yenə də bütün vətəndaşları ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına həssas yanaşmağa çağırırıq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində isti və yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35,
dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 130 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 40-60 faizini təşkil edir.