İctimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçirilib.
Monitorinqlər zamanı paytaxtın Binəqədi, Nizami, Xətai və Sabunçu rayonlarında fəaliyyət göstərən “Amor”, “Mələk Palace”, “Grace Hall”, “Ayla”, “Monte Karlo”, “Madonna”, “Al saray”, “Səbinə”, “Həyat Hall” və “Piano” şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlən
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən noyabrın 21-i gündüzdən 22-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağıb, bəzi yerlərdə intensivləşib.
Düşən yağıntının miqdarı Astarada 47, Lənkəranda 41, Xaçmazda 20, Balakən, Qəbələ, Zaqatalada 16, Lerik, Sarıbaşda 12, Oğuzda 11, Yardımlı, Tərtərdə, Qusar, İsmayıllıda 9, Şabranda 8, Quba, Neftçalada 7, Altıağac, Qırızda 6, Şamaxı
“Sağlam bədən sağlam ətraf mühitdə formalaşar” şüarı altında Şahdağ milli parkında, təbiət qoynunda atla yürüş keçirilib.
Yürüşün keçirilməsində məqsəd xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin inkişaf etdirilməsi, eyni zamanda milli parklarda ekoturizm potensialının təbliğ olunmasıdır. Bunu jurnalistlərə açıqlamasında Şahdağ milli parkının direktoru Akif Məmmədov bildirib.
O qeyd edib ki, 120 nəfərin qatıldığı yürüşdə 3,5 km məsafə qət olunub və qaliblər rəmzi olaraq müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Ölkədə sivil balıq ovunun təbliği üçün növbəti həvəskar balıq ovu turniri noyabrın 19-da Ağgöl Milli Parkında keçirilib.
Brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarına əməl edərək icazə verilən ərazilərdə icazə verilən alətlərlə balıq ovu qaydalarını təbliğ və təşviq etmək məqsədilə keçirilən turnirdə 80-dən çox həvəskar balıqçı iştirak edib. Bunu jurnalistlərə açıqlamasında Ağgöl milli parkının direktoru Qüdrət İbrahimov bildirib.