Qurumuş və qəzalı ağacların götürülməsi, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə 23 avqust tarixində Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantını dəyərə, ekoçantanı vərdişə çevir” devizi altında növbəti aksiya 23 avqust tarixində Araz Neftçilər Superstore - Nizami rayonu, Şərifli küçəsi 25 ünvanında yerləşən filialında təşkil olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Tullantıları İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkə ərazisində yüksək keyfiyyətli ekoloji mühitin yaradılması, tibbi tullantıların idarə edilməsi üsullarının təkmilləşdirilməsində davamlı inkişafa nail olmaq məqsədilə şəffaf, səmərəli və əlverişli əməkdaşlıq edilməsi üçün tibbi tullantıların müvafiq qaydada qablaşdırılması, daşınması, zərərsizləşdirilməsi və utilizasiya edilməsi sahəsində “birgə əməkdaşlıq” üçün müsabiqə elan edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov 23 avqust 2024-cü il tarixində Qəbələ şəhərində saat 11:00-da Qəbələ, İsmayıllı, Oğuz, Göyçay və Ağdaş rayonlarının sakinlərini qəbul edəcəkdir.
Xəzər Gününün əhəmiyyətinə diqqət çəkmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Dənizkənarı Milli Parkda maraqlı və əyləncəli tədbir təşkil olunacaq.