Xəbərlər


İcazəsiz ova cəhd edən şəxs saxlanılıb

14 Fevral 2019, 00:00

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən  Hacıqabul rayonunun Pirsaat kəndi yaxınlığında icazəsiz ova cəhd edən əcnəbi vətəndaş saxlanılıb.

Araşdırma zamanı təqsirkar şəxsin Birləşmiş Ərəb Əmirliyi vətəndaşı Al Oud Mubarak Al Kaam Saeed Alameri olduğu məlum olub.

Faktla bağlı brakonyer barəsində  akt, protokol tərtib olunub  və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.