Xəbərlər


Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

08 Fevral 2019, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-90 faizini təşkil edir. 

Tranzit çaylarda hazırki vəziyyət

Fevralın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 195 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 93 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 43 m3/s təşkil edərək ongünlük normanın 63 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Fevralın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 2, Bankə və Salyanda 1 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 419 sm (2018-ci il fevralın 08-də 360 sm), Şirvanda 301 sm (2018-ci il fevralın 08-də 233 sm), Salyanda 266 (2018-ci il fevralın 08-də 199 sm), Bankədə 235 sm (2018-ci il fevralın 08-də 199 sm), Araz çayının Novruzlu məntəqəsində isə 155 sm (2018-ci il fevralın 08-də 105 sm) təşkil edir.