Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib
21 Yanvar 2019, 00:00
21 yanvar 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Vladimir Raxmanin ilə görüş keçirilib.
Görüş zamanı Azərbaycan Respublikası və FAO arasında ətraf mühit sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək planlar müzakirə olunub.