Ekologiya və Təbii Sərvətlər Naziri dekabr ayının 21-də Hacıqabul şəhərində vətəndaşları qəbul edəcək
10 Dekabr 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 21 dekabr 2018-ci il tarixində saat 10:00-da Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 7) Hacıqabul, Şirvan, Saatlı və Sabirabad rayonlarının vətəndaşlarını qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Şirvan şəhəri, İsmət Qayıbov küçəsi 16) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 055-459-60-00, 050-387-42-26, 012-585-45-47) xahiş olunur.