Xəbərlər


Şikayət yerində araşdırılıb

03 Noyabr 2017, 00:00

 Şəki rayonu, Daşüz kənd sakini Kamran Şuayev “meşə əkinlərinin məhv edilməsi” ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət məktubu ilə müraciət edib. Şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və şikayətçinin iştirakı ilə  yerində araşdırılıb.

 Araşdırma zamanı əvvəllər yerli əhali tərəfindən örüş və əkin məqsədləri üçün istifadə edilmiş və sonradan Şəki Meşə Təsərrüfatına verilmiş 605 hektar torpaq sahəsində qanunsuz şumlama işlərinin aparıldığı müəyyən edilib. Sözügedən ərazidə meşə əkininin Şəki rayon sakinləri A.Məmmədov və P.Kərimov tərəfindən qanunsuz şumlanıldığı aşkar olunub.

 Faktla bağlı təqsirkar şəxslər barəsində protokollar tərtib olunub, inzibati xəta törətdiklərinə görə onların hər birinə İnzibati Xətalar Məcəlləsinə əsasən 700 manat məbləğində cərimə və 1025.07 manat məbləğində ziyan tətbiq edilib.

 Hazırda Şəki MMBM tərəfindən həmin ərazidə fındıq cinsli aqrobağın salınması istiqamətində işlər aparılır.