Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
27 Noyabr 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 130-150, Lənkəran-Astara bölgəsi çaylarında 100-170, Naxçıvan MR çaylarında isə 155 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 186 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 163 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 36 m3/s olmaqla, ongünlük normanın 45 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 86 m3/s təşkil edərək ongünlük normanın 106 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 2, Salyanda 8, Bankədə 7 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 m (2016-cı il noyabrın 27-də 527 sm), Şirvanda 245 sm, Salyanda 201 sm (2016-cı il noyabrın 27-də 335 sm), Bankədə 191 sm (2016-cı il noyabrın 27-də 256 sm), Araz çayının Novruzlu məntəqəsində isə 98 sm (2016-cı il noyabrın 27-də 238 sm) təşkil edir.