Xəbərlər


Sumqayıtda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

16 Noyabr 2026, 18:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, “Rosmann”, “Araz” supermarketlər şəbəkələrinin, “EcoHub” İctimai Birliyinin, eləcə də “Yağmur-2” MMC-nin dəstəyi ilə növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Sumqayıt şəhərində təşkil olunub.

Festival çərçivəsində sakinlər 1584 ədəd işlənmiş batareya, ümumi tutumu 1278 litr olan plastik və 218 litr olan şüşə tullantı təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.

Tədbir zamanı uşaqlar üçün maraqlı viktorinalar təşkil olunub, eləcə də kətan və ekoçantalar üzərində rəsm çəkmək üçün yaradıcı fəaliyyətlər keçirilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən festivalın əsas məqsədi resurslardan səmərəli istifadə, tullantıların mənbəyində çeşidlənməsi və təkrar emala yönəldilməsi ilə bağlı ictimai məlumatlılığı artırmaq, eyni zamanda əhali arasında ekoloji məsuliyyətli davranış vərdişlərini təşviq etməkdir.