Xəbərlər


Yaşıl marafon” kampaniyası çərçivəsində Qobustan rayonunda ağacəkmə aksiyası keçirilib

11 Noyabr 2026, 16:07

"Yaşıl marafon" kütləvi ağacəkmə kampaniyasının payız mövsümü çərçivəsində növbəti ağacəkmə aksiyası Qobustan rayonunda təşkil edilib.

Könüllülərin iştirakı ilə keçirilən ağacəkmə aksiyası çərçivəsində ərazidə 1000-dən çox şam ağacı əkilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nun ("Yaşıl marafon") əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.