Xəbərlər


“III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində gənclər üçün növbəti təlim keçirilib

11 Noyabr 2026, 13:47

Gənclərin ekoloji biliklərinin, ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığının artırılması və ekoloji məsuliyyət hissinin gücləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində növbəti təlim “Ekoloji qanun praktikada: qanundan icraya” mövzusunda təşkil olunub.

Təlimdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini Davud Əhmədov tərəfindən iştirakçılara ekoloji qanunvericiliyin əsas istiqamətləri, ətraf mühitin mühafizəsi sahəsində qüvvədə olan hüquqi tələblər və onların praktikada tətbiqi barədə təqdimat nümayiş etdirilib.

Təqdimatda təbiətdən istifadə zamanı qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi, ekoloji hüquqpozmalara qarşı mübarizə, ətraf mühitə vurulan zərərin qarşısının alınması və ekoloji nəzarət mexanizmləri haqqında məlumat verilib. Həmçinin ekoloji qanunvericiliyin gündəlik həyatda və müxtəlif fəaliyyət sahələrində tətbiqinə dair nümunələr diqqətə çatdırılıb.

İnteraktiv formatda davam edən təlim zamanı iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Təlimin keçirilməsində əsas məqsəd gənclərin ekoloji qanunvericilik sahəsində biliklərini artırmaq, hüquqi normaların praktiki əhəmiyyətini izah etmək olub.