Xəbərlər


Samur-Yalama Milli Parkının yaranma günü münasibətilə maarifləndirici səfər təşkil olunub

06 Noyabr 2026, 12:48

Samur-Yalama Milli Parkının yaranma günü münasibətilə Xaçmaz şəhərində yerləşən Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri üçün Milli Parkın “Tel bulağı” ekoturizm marşrutuna maarifləndirici səfər təşkil olunub.

Tədbir çərçivəsində iştirakçılara Samur-Yalama Milli Parkının zəngin təbiəti, ərazidə yayılmış flora və fauna növləri, bioloji müxtəlifliyin qorunmasının ekoloji tarazlığın təmin edilməsində rolu, eləcə də milli parkın ekoturizm potensialı haqqında ətraflı məlumat verilib.

Maarifləndirici səfərin əsas məqsədi şagirdlərin ekoloji bilik və dünyagörüşünü genişləndirmək, təbiətə qayğıkeş münasibəti formalaşdırmaq, həmçinin nəzəri bilikləri praktiki müşahidələrlə möhkəmləndirmək olub.