Xəbərlər


Sumqayıtda “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

04 Noyabr 2026, 14:05

Noyabrın 5-i Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sumqayıt İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

Sumqayıt şəhəri Dənizkənarı Bulvar ərazisində keçiriləcək aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına və yaşıllıqların artırılmasına dəstək olmağa çağırırıq.
- Sumqayıt şəhəri - Dənizkənarı Bulvar (Poseydon restoranının yanı)
- 5 noyabr 2026-cı il
- Saat: 10:30