“İş yerində münaqişələrin idarə olunması” mövzusunda təlim keçirilib
29 Oktyabr 2026, 12:12
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün iş mühitində effektiv ünsiyyətin gücləndirilməsi, münaqişələrin düzgün idarə olunması və peşəkar münasibətlərin inkişaf etdirilməsi məqsədilə “İş yerində münaqişələrin idarə olunması” mövzusunda interaktiv təlim keçirilib.
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Qulluğu və Kadr Siyasəti kafedrasının dosenti Elmira İsmayılova tərəfindən keçirilən təlim zamanı iş yerində münaqişələrin yaranma səbəbləri, onların aradan qaldırılması yolları, insanlararası münasibətlərin tənzimlənməsi və effektiv ünsiyyətin əhəmiyyəti müzakirə olunub. İştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, münaqişələrin həllinə dair praktiki yanaşmalarla tanış olublar.
Təlim iştirakçıların suallarının cavablandırılması və müzakirələrlə yekunlaşıb.