Payız mövsümünün ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib
28 Oktyabr 2026, 18:45
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Ramana qəsəbəsində yerləşən “Araz” superstore qarşısında mövsümün ilk “Tullantıları tinglərə dəyiş” aksiyası baş tutub.
Aksiya çərçivəsində vətəndaşlar ümumi tutumu 580 litr olan plastik, 65 litr olan şüşə tullantı və 820 ədəd işlənmiş batareya təhvil verərək əvəzində Eldar şamı, sərv, badam və nar tingləri əldə ediblər.
Ekoloji təşəbbüslərimizə dəstək olan və ətraf mühitin qorunmasına töhfə verən hər kəsə minnətdarlığımızı bildiririk.