Xəbərlər


Samur-Yalama Milli Parkında ekoloji maarifləndirici tədbir keçirilib

21 Sentyabr 2026, 14:42

Samur-Yalama Milli Parkının “Tel bulağı” ekoturizm marşrutunda “Ətraf mühitin mühafizəsi və ekoloji məsuliyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.

Xaçmaz rayonunun Yalama kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə təşkil olunan tədbirdə xüsusi mühafizə olunan təbiət ərazilərinin ətraf mühitin qorunmasındakı rolu, Samur-Yalama Milli Parkının zəngin bioloji müxtəlifliyi və təbii ekosistemlərin mühafizəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Tədbirin sonunda iştirakçılara milli parklar barədə məlumat kitabçaları təqdim olunub.