Xəbərlər


“Sülh Aylığı” çərçivəsində maarifləndirici görüşlər keçirilib

21 Sentyabr 2026, 14:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən “Sülh Aylığı” çərçivəsində maarifləndirici görüşlər keçirilib.

Cəbrayıl rayonu Soltanlı kəndi ərazisində yerləşən “19 saylı Tikinti-Təmir İdarəsi MMC” və Zəngilan şəhərində fəaliyyət göstərən “Oscad” MMC-nin, eləcə də Ağdam Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları ilə keçirilən görüşlər zamanı sülh şəraitinin ətraf mühitin qorunması və təbii sərvətlərdən dayanıqlı istifadəsi üçün yaratdığı imkanlardan bəhs olunub, ekoloji məsuliyyətin cəmiyyətin hər bir üzvünün üzərinə düşən mühüm vəzifə olduğu vurğulanıb.

Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində aparılan bərpa və quruculuq işləri fonunda təbiətin qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd edək ki, maarifləndirici görüşlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən avqustun 21-dən sentyabrın 21-dək ölkədə elan edilən “Sülh Aylığı” çərçivəsində təşkil olunub.