Xəbərlər


“Xəzəri Qoruyaq!” aksiyası Lənkəran və Astarada davam etdirilib

14 Sentyabr 2026, 15:48

Xəzər dənizinin sahil ərazilərinin təmizliyinin təmin olunması və ətraf mühitə məsuliyyətli münasibətin təşviqi məqsədilə növbəti “Xəzəri Qoruyaq!” təmizlik aksiyası Lənkəran və Astara rayonlarında keçirilib.

Aksiyada iştirak edən tərəfdaş qurumların nümayəndələri və könüllülər tərəfindən sahilboyu ərazilərdən ümumilikdə 300 kiloqram tullantı toplanaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, “Xəzəri Qoruyaq!” aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, eləcə də dövlət və özəl qurumların tərəfdaşlığı ilə həyata keçirilir.