Xəbərlər


“Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri” mövzusunda maarifləndirici görüşlər keçirilib

26 Avqust 2026, 15:30

4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonunda fəaliyyət göstərən bir sıra müəssisələrdə “Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri” mövzusunda maarifləndirici görüşlər keçirilib.

Abşeron rayonunun Xırdalan şəhərində “A+CO” MMC-də, Məmmədli qəsəbəsində “Green Plast” MMC-də və Masazır qəsəbəsində “Bolluq LTD” MMC-də keçirilən görüşlər zamanı iştirakçılara ətraf mühitin mühafizəsi sahəsində qüvvədə olan qanunvericiliyin əsas müddəaları barədə ətraflı məlumat verilib.

Görüşlərdə vətəndaşların və təsərrüfat subyektlərinin ekoloji hüquq və vəzifələri, təbii sərvətlərdən səmərəli və məsuliyyətli istifadə prinsipləri izah olunub, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə riayət edilməsinin əhəmiyyəti vurğulanıb.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən maarifləndirici tədbirlərin əsas məqsədi əhalinin ekoloji biliklərinin artırılması, ətraf mühitə həssas münasibətin formalaşdırılması və cəmiyyətdə ekoloji məsuliyyətin gücləndirilməsidir.