Xəbərlər


“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 262 kq işlənmiş batareya toplanaraq təhvil verilib

25 Avqust 2026, 17:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində növbəti batareya yığımı uğurla başa çatıb.

Layihə çərçivəsində ekokönüllülər tərəfindən
- 7 saylı Bakı "ASAN xidmət" mərkəzindən;
- “ASG Helicopter Services” şirkətindən;
- “Lankaran Springs” otelindən;
- “Araz” supermarketlər şəbəkəsinin Əhmədli, Azadlıq və Masazır filiallarından ümumilikdə 262 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.

İşlənmiş batareyaların düzgün toplanması və təhlükəsiz utilizasiyası ətraf mühitin mühafizəsi, torpaq və su ehtiyatlarının çirklənməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Layihənin həyata keçirilməsinə dəstək göstərən tərəfdaşlara, ekokönüllülərə və təşəbbüsə qoşulan bütün vətəndaşlara təşəkkür edirik.