“Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlimlər keçirilib
21 Avqust 2026, 18:25
Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin regional idarələrinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qızılağac Milli Parkı ərazisində və Zaqatala rayonunun məşə ərazisində “Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlimlər təşkil olunub.
Təlimlər zamanı xüsusi mühafizə olunan təbiət ərazilərində, o cümlədən meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.