“Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda növbəti maarifləndirici görüşlər keçirilib
29 İyul 2026, 16:05
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən növbəti maarifləndirici görüşlər Ağcabədi və Qəbələdə yerləşən tibb müəssisələrində keçirilib.
Ağcabədi şəhəri ərazisində fəaliyyət göstərən "Med City Regional Clinic"də və Qəbələ rayon Gigiyena və Epidemiologiya mərkəzində keçirilən görüşlər zamanı iştirakçılarla tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları mövzusunda müzakirələr aparılıb, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi üsulları haqqında məlumat verilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən görüşlərin məqsədi tibbi tullantıların yaratdığı risklərə diqqət çəkmək, bu sahədə hüquqi və ekoloji öhdəliklər barədə ictimaiyyəti məlumatlandırmaqdır.