Xəbərlər


“Yanğın təhlükəsizliyi” mövzusunda növbəti təlim Ağcabədi rayonunda keçirilib

17 İyul 2026, 12:55

Meşə və yaşıllıq ərazilərində baş verə biləcək yanğınların qarşısının alınması, yanğın təhlükəsizliyi sahəsində bilik və bacarıqların artırılması məqsədilə növbəti təlim Ağcabədi rayonunun meşə ərazisində təşkil olunub.

Təlimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir zamanı meşə yanğınlarının yaranma səbəbləri, yanğın risklərinin azaldılması yolları, profilaktik tədbirlərin gücləndirilməsi, yanğın ocaqlarının vaxtında aşkarlanması və aidiyyəti qurumlar arasında operativ koordinasiyanın təmin edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Təlimin praktiki hissəsində iştirakçılara yanğınların söndürülməsi üsulları, ilkin müdaxilə qaydaları, yanğınsöndürmə vasitələrindən düzgün istifadə prinsipləri və fövqəladə hallar zamanı operativ fəaliyyət mexanizmləri əyani şəkildə nümayiş etdirilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.