Xəbərlər


Ekologiya və təbii sərvətlər nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

14 İyul 2026, 12:45

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaş qəbulu cədvəlinə uyğun olaraq ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovun 17 iyul 2026-cı il tarixində Şəmkir rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu 20 iyul 2026-cı il tarixində keçiriləcək.